-
- 13-01-2023, 15:32
- 12 083
Lənkəranskinin sağ əli ən qəddar həbsxanaya göndərildi - FOTOLAR
Kriminal aləmdə Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanov Rusiyanın ciddi rejimli və qapalı həbsxanalarından olan “Vladimirski Central”a köçürülür.
News24.az xəbər verir ki, Beyləqanski buna qədər Moskva vilayətindəki həbsxanaların birində cəza çəkirdi.
Beyləqanski "qanuni oğru"dur və Dubayda Rövşən Lənkəranski tərəfindən taclandırılıb.
O, 2020-ci ildə qəfl qətlin sifarişi, qanunsuz silah saxlama maddələri ilə ittiham olunaraq 19 il həbs cəzası alıb. İstintaq sübut edib ki, o, “danabaş” ləqəbli İlqar Əliyevi şəxsən özü güllələyib.
Qeyd edək ki, Hacı Beyləqanski Lənkəranski klanının ən tanınmış üzvlərindən biri idi və Rövşən Lənkəranskinin sağ əli sayılırdı.