Yasamalda yaşayış binasında yanğın oldu
    • 13-01-2023, 17:45
    • 160

Yasamalda yaşayış binasında yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən News24.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Əlavə məlumat veriləcək.