Çavuşoğlu: "Müharibənin bitməsi üçün əlimizdən gələni edirik"
    • 13-01-2023, 20:27
    • 274

Çavuşoğlu: "Müharibənin bitməsi üçün əlimizdən gələni edirik"

"Ukrayna və Suriyadakı müharibənin bitməsi üçün əlimizdən gələni edirik"

News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriyada rəqabət davam edir: “Biz təkcə Ukraynadakı yox, eləcə də Suriyadakı savaşın başa çatması üçün çalışırıq. Bunun üçün əlimizdən gələni edirik".

Nazir vurğulayıb ki, Türkiyə hazırda Ukrayna ilə Rusiya arasında diplomatik müzakirələrin davam etməsinə çalışır: "Əslində, keçən ilin mart ayında tərəflər sülhə çox yaxın idi. Amma sonra yenidən vəziyyət mürəkkəbləşdi. Biz bir tərəfdən müharibənin başa çatmasına çalışır, digər tərəfdən isə humanitar səylərimizi davam etdiririk. Sülh hər iki tərəf üçün uyğun olmalıdır".

M.Çavuşoğlu həmçinin Türkiyə-Misir əlaqələrinin normallaşması istiqamətində də addımlar atdıqlarını bildirib.