Sakitliyin əlacı: YOQA - FOTO
    • 22-01-2019, 12:31
    • 1 005

Sakitliyin əlacı: YOQA - FOTO

Həyatımızda bəzi məqamlar olur ki, hərdən onlarla bağlı suall yaranır. Məsələn: xaos içərisində yaşayaraq, sakitliyimizi qoruya, əsəbləşərkən tez özümüzü ələ alıb, harmoniyaya köklənə bilərikmi? Cavablar müxtəlifdir. Çoxunuz da bunun çətin, hətta mümkünsüz olduğunu düşünürsüz. 

Əslində, haradasa haqlısız. Xaosda sakitliyi qorumaq və ya əsəb anlarında dəyişib, harmoniyaya köklənmək - bunların öhdəsindən gəlmək o qədər də asan deyil çoxu üçün. Bu, ancaq iradəli, bivec adamlara xas xüsusiyyətlərdir. Bizim isə bununla bağlı sizə asan, bir az da qeyri adi tövsiyəmiz var. Əgər yuxarıda qeyd etdiklərimizi anında həyata keçirə bilmirsizsə və o cür vəziyyətlərə düşürsüzsə, o zaman müəyyən müddət sonra özünüzə zaman tanıyın - yoqa ilə məşğul olun.

Bəlkə də bu sizə qəribə, qeyri-mümkün görünə bilər. Lakin siz istənilən yerdə, hətta şəhərin ortasında belə yoqa ilə məşğul ola bilərsiz. Bunun üçün sadəcə özünüzü toplayıb, kompleksinizi atmalı, baryerləri aşmağı bacarmalısız. Məsələn, təqdim etdiyimiz fotolardakı kimi...

Amerikalı fotoqram Aleksey Uind bununla bağlı "Yoqa və şəhər" adlı maraqlı fotolayihə həyata keçirib. Bunu isə kitab şəklində təqdim edib. O, müxtəlif ölkələrdə çəkdiyi fotolarla bir daha isbat edib ki, insan istədiyi zaman, istədiyi məkanda, hətta meqopolisin ortasında belə yoqa ilə məşğul olub, ruhunu bütünlüklə sakitləşdirə, neqativlərdən uzaq tuta bilər. Bunun üçün isə dediyimiz kimi, sadəcə komplekssiz və iradəli olmağınız kifayətdir. Əmin olmaq üçün təqdim etdiyimiz fotoloara diqqətlə baxın:

1. 
2. 
3. 
4. 
5.  
6. 
7. 
8. 
9. 
10. 
11. 
12. 
13. 
14. 
15. 
Yaşınızdan, görünüşünüzdən, maddi vəziyyətinizdən asılı olmayaraq, həmişə əhvalınızı yüksək tutmağa çalışın. Tez-tez yoqa ilə məşğul olun ki, neqativlərə vaxtınız qalmasın! 

Azər NƏSİBOV