Şəmkirdə avtomobil aşıb, 2 nəfər xəsarət alıb
    • 14-01-2023, 23:04
    • 315

Şəmkirdə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Şəmkir rayonunun Sabirkənd kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, 1992-ci il təvəllüdlü Nizami Qəribzadə və 1995-ci il təvəllüdlü Lamiyə Qəribzadə xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.