Göygöldə avtomobil aşdı, xəsarət alanlar var
    • 25-04-2022, 22:05
    • 477

Göygöldə avtomobil aşdı, xəsarət alanlar var

Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Toğanalı kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1961-ci il təvəllüdlü N.Ələkbərova, 1972-ci il təvəllüdlü K.Yusifov və 1989-cu il təvəllüdlü E.Ələkbərov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. /Report/