“Elgiz, hamını ərə verdin, bir mən qaldım”
    • 15-01-2023, 10:36
    • 2 127

“Elgiz, hamını ərə verdin, bir mən qaldım”

Müğənni Xatun Əliyeva açıqlaması ilə diqqət çəkib.

News24.az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində yenidən ailə qurub, ana olmaq suallarına verdiyi cavabı ilə gündəmə gəlib. 

Proqramın aparıcısı Elgiz Əkbərin "Niyə yenidən ərə gedib, dünyaya uşaq gətirməyəsən?" suallarını müğənniyə ünvanlayıb. 

Xatun "Elgiz, hamını ərə verdin, bir mən qaldım. Uşaq dünyaya gətirmərəm. Yox! Şükür iki qızım var (mərhum stilist qardaşı Balaşın övladları - red.). Onlar tərbiyəli, savadlı böyüsünlər. Əsas odur" fikirlərini ifadə edib.  

Elgizin "Səni yenidən ana kimi təsəvvür edirəm" sözlərinə  Xatun "Xahiş edirəm, yox" cavabını verib. 

Qeyd edək ki, Xatun Əliyeva ötən ilin sonu yeganə oğlu Adili evləndirib.