Elgiz son anda ölümdən qurtuldu
    • 30-06-2022, 10:37
    • 648

Elgiz son anda ölümdən qurtuldu

Aparıcı Elgiz Əkbərin başına iş gəlib.

News24.az Olay-a istinadən xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" proqramında danışıb.

Elgiz deyib ki, yolun kənarında dayandığı zaman bir ağac yerə düşüb:

"Aramızda 20 metr məsafə var idi. 20 metr qabaqda olsam, başıma düşərdi. Özü də qədimi ağac deyildi, birdən-birə maşının üstünə devrildi. Mən də yolun kənarında dayanmışdım. Allah qoymadı ki, başımıza düşsün. Yanımda uşaq da, qadın da var idi".