Naxçıvandakı kommunist abidəsi söküldü: Şəhidlər üçün abidə qoyula bilər
    • 15-01-2023, 11:35
    • 182

Naxçıvandakı kommunist abidəsi söküldü: Şəhidlər üçün abidə qoyula bilər

Naxçıvan şəhəri "Böyük bağ” ərazisində kommunistlər üçün inşa edilən abidə sökülüb.

News24.az xəbər verir ki, Naxçıvanda sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən bu abidənin üst fasadı dünən axşam saatlarında sökülüb.

Tikili tam söküldükdən sonra burada başqa abidənin ucaldılacağı gözlənilir. Məlumata görə, bu, 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunan abidə də ola bilər.