Hərbi hissədə partlayış baş verib, üç hərbçi ölüb

Hərbi hissədə partlayış baş verib, üç hərbçi ölüb
Dünya

Baxış: 179 \ Tarix: 15-01-2023, 17:01

Mətn ölçüsü

Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə partlayış baş verib.

News24.az xəbər verir ki, partlayış rusiyalı hərbçinin qumbara partlatması nəticəsində baş verib.

Yanvarın 14-də tağım komandiri, baş çavuş RQD-5 əl qumbarasını partladıb. Nəticədə hərbi hissədə olan silah-sursat anbarında yanğın və partlayış baş verib. Yanğın sahəsi 450 kv.m olub. Partlayış nəticəsində, ilkin məlumatlara görə, üç hərbçi ölüb, 16 nəfər yaralanıb, 8 nəfər isə itkin düşüb.

Faktla bağlı cinayət işi açılıb./apa.az