Kimya zavodu partladı - Ölən və yaralananlar var
    • 16-01-2023, 09:04
    • 180

Kimya zavodu partladı - Ölən və yaralananlar var

Çində kimya zavodunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb.

News24.az xəbər verir ki, hadisə ötən gün Liaonin əyalətinin Panjin şəhərinin Panşan dairəsində baş verib. 

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər itkin düşüb, 4 nəfər ağır, 30 nəfər isə yüngül xəsarət alıb.

Partlayış alkilasiya qurğusunun profilaktik təmiri zamanı baş verib.

Xilasedicilər yanğını nəzarət altına ala biliblər. //Vesti.ru

Teymur MƏMMƏDOV