“Gəl, Şəbnəmi apar, canımız qurtarsın” - Sərxana səsləndi
    • 16-01-2023, 10:10
    • 309

“Gəl, Şəbnəmi apar, canımız qurtarsın” - Sərxana səsləndi

Əməkdar artist Bəsti Bəkirova Xalq artisti Sərxan Sərxan və Əməkdar artist Şəbnəm Tapdığı evləndirmək istədiyini bildirib.

News24.az xəbər verir ki, bu haqda müğənni "Həyat tərzi" verilişində deyib. Bəkirova Sərxana səslənərək, Şəbnəmlə evlənməsini deyib:
“Sərxan, sən mənim neçə illik dostumsan. Ay Sərxan, gəl apar bu Şəbnəmi. Bilirəm, sən də orada təksən. Bilirəm ki, sənin ürəyində olan xanım Şəbnəmdir. Səndən xahiş edirəm, bu qalan ömrünü bu gözəl xanımla keçir. Gəl, bunu apar, bizim canımız qurtarsın. Moskvadadır, eşidir məni. Bakıya gələndə onunla görüşmüşük, demişəm ki, o qızı al. Sən də təksən, o da”.

Proqramda qonaq olan Şəbnəm Tapdıq Bəstinin bu sözlərindən utanaraq, əlini üzünə tutub və “Bu nə deyir? Biabır olduq, bəsdir. Bunu montaj et, getsin” deyərək, etirazını bildirib.

Bəkirova isə "Heç nə montaj olunmayacaq. Səni Sərxana ərə verəcəyəm" deyə, Şəbnəmə səslənib./axşam.az