-
- 21-08-2018, 16:20
- 1 881
Sərxan Mətanəti məhkəməyə verir: "Eşşəyi qoyub, palanı tapdaladın"
Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədova bu gün qonaq olduğu "Hər şey daxil" verilişində aparıcı Sərxan Kərəmoğlu haqda sərt ifadələr işlədib.
İfaçının aparıcı haqda "Gedək həkimə, mənim qadınlığım sübut olunacaq, amma sən kişiliyi sübut edə bilməyəcəksən" sözləri qarşı tərəfi özündən çıxarıb.
"Lider" TV-də "Xoş gəldin" verilişinin aparıcısı olan S.Kərəmoğlu müğənninini məhkəməyə verəcəyini bildirib:
"Məni təhqir edərək deyirsən ki, Tolikin ayağının tozu ola bilmərəm. Tolik yaxşı oğlandır. Razıyam, onun ayağının altının tozu olum, amma mən də 150 minlik maşın sürüm. Ay Mətanət, mənim iki böyük oğlum var. Heç olmazsa Allah sənə də övlad nəsib etsin. Səni bağışlamayacağam. Səni məhkəmələrdə süründürməsəm, mən Sərxan deyiləm. Eşşəyi qoyub, palanı tapdaladın. Sənin güçün ancaq mənə çatar. Amma o sənə elə gəlir.
Allah rəhmət eləsin xalq artisti İlhamə Quliyeva, o məhkəmədə mənə uduzdu. Bilirsən niyə? Çünki bizim hakimlərimiz haqqa qərar verir. Buna görə də səni məhkəməyə verib, üzr istədəcəm".
Teymur Məmmədov