Qadın 18 yaşlı tələbəni asiyalı olduğu üçün bıçaqladı
    • 16-01-2023, 11:17
    • 147

Qadın 18 yaşlı tələbəni asiyalı olduğu üçün bıçaqladı

ABŞ-da 56 yaşlı qadın 18 yaşlı universitet tələbəsini asiyalı olduğunu əsas gətirərək bıçaqlayıb.

News24.az xəbər verir ki, qadın avtobusta olarkən qız tələbəyə başından bıçaq zərbələri endirib. 

Avtobusun təhlükəsizlik görüntüləri hücumdan əvvəl iki qadın arasında heç bir mübahisənin olmadığını qeydə alıb. 

Hadisə şahidi olan sərnişinlərdən biri qıza hücum edən şəxsi izləyib və polislə əlaqə saxlayıb

56 yaşlı Billi R. Davis adlı qadın həbs edib.

Məhkəmə sənədlərinə görə, Davis adam öldürməyə cəhd və sağlamlığa ağır zərər yetirməkdə ittiham olunur.

Çox sayda bıçaq xəsarətləri alan tələbəyə xəstəxanada tibbi yardım göstərilib. Onun adı açıqlanmayıb.

Məhkəmədə ifadə verən Billi R. Davis "ölkəmizi partlatladacaq daha bir nəfər azalacaq" deyib. //CNN Türk

Teymur MƏMMƏDOV