Ödəmə terminallarından 19 min manat oğurlandı
    • 16-01-2023, 11:50
    • 546

Ödəmə terminallarından 19 min manat oğurlandı

Tovuzda ödəmə terminallarından 19 min manat pul oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Əyyublu kəndindəki bir mağazadan 200 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından 1229 manat pul, Aşağı Quşçu kəndində isə digər mağazada quraşdırılan ödəmə terminalından 17.563 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Qəzənfər Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.