-
- 12-07-2021, 13:34
- 536
Bakıda ödəmə terminalından 8 min manat oğurlandı
Bakıda “Milli ön” ödəmə terminalından oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da rayon ərazisindəki mağazaların birindən 90 manat və orada quraşdırılmış “Milli ön” ödəmə terminalından 8417 manat pul oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Xəlilov saxlanılıb.
Araşdırma aparılır.