Qadın müğənni sevgilisini öldürərək meşədə basdırdı - FOTO - VİDEO
    • 16-01-2023, 12:01
    • 176

Qadın müğənni sevgilisini öldürərək meşədə basdırdı - FOTO - VİDEO

İstanbulda meşəlik ərazidə bir nəfərə məxsus cansız cəsəd tapılıb.

News24.az xəbər verir ki, polis araşdırma zamanı meyitin Semih Sevgiyə aid olduğunu müəyyən edib.

Semin Sevginin keçmiş sevgilisi, model və müğənni Seçil Çiftçinin sosial şəbəkədəki paylaşımlarını araşdıran polislər onu saxlayıb.

Cinayəti etiraf edən Çiftçi keçmiş sevgilisini öldürərək atası ilə birlikdə meşədə basdırdığını bildirib.

Ayrılmalarına baxmayaraq, Semih Sevginin Seçildən əl çəkmədiyi, dəfələrlə Çiftçinin evinə gələrək onunla barışmaq istədiyi, lakin gənc qadının buna razı olmadığı iddia edilib. //milliyet.com.tr

Teymur MƏMMƏDOV