Naxçıvanda daha bir qurumda yeyintilər aşkarlandı - Həbs olunan var
    • 16-01-2023, 12:07
    • 244

Naxçıvanda daha bir qurumda yeyintilər aşkarlandı - Həbs olunan var

Naxçıvanda daha bir qurumda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.

News24.az xəbər verir ki, Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb. 

Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.