Nepalda qəzaya uğrayan təyyarənin qara qutuları tapıldı
    • 16-01-2023, 12:48
    • 145

Nepalda qəzaya uğrayan təyyarənin qara qutuları tapıldı

Nepalda ATR 72 sərnişin təyyarəsinin qəzaya uğramasından sonra həyata keçirilən xilasetmə əməliyyatı başa çatıb.

News24.az xəbər verir ki, sərnişinlərdən və ekipaj üzvlərindən heç biri sağ qalmayıb. Xilasedicilər hər iki qara qutunu tapa biliblər.

Bu barədə Nepal Mülki Aviasiya İdarəsinin rəhbəri Sanjay Kumar bildirib. 

Qara qutulardakı qeydlər yoxlanılması üçün istintaq qrupuna təhvil verilib. Ölənlərin kimliyinin tanınması prosesi aparılır. 

Qeyd edək ki, təyyarədə ekipaj üzvləri ilə birgə 72 nəfər olub. //Bloomberg

Teymur MƏMMƏDOV