Avtomobillə uçuruma düşən fiziki qüsurlu sürücü donaraq öldü - FOTO
    • 16-01-2023, 13:17
    • 191

Avtomobillə uçuruma düşən fiziki qüsurlu sürücü donaraq öldü - FOTO

Türkiyədə faciəvi avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, qəza Tuncelinin Hozat rayonunun Çaytaşı kəndinə gedən yolda yaşanıb. 

Əldə edilən məlumata görə, 38 yaşlı Özgür Kahraman sükan arxasında olduğu avtomobilin idarəetməsini itirib və uçuruma yuvarlanıb.

Hadisə yerinə təcili yardım və polis qrupları cəlb edilib.

Avtomobildə sıxışıb çıxa bilməyən fiziki qüsurlu sürücü donaraq ölüb. //Haber Global

Teymur MƏMMƏDOV