Türkiyədə təcili tibbi yardım maşını qəza edib
    • 3-05-2022, 22:45
    • 626

Türkiyədə təcili tibbi yardım maşını qəza edib

Türkiyədə təcli yardım avtomobili qəza edib.

Hadisə Van-Hakkari avtomobil yolunun Güzeldere aşırımında baş verib.

Qəza zamanı təcili yardım avtomobilində xəstə olub.

Sürücü yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.

Hadisə zamanı xəstə, xəstənin həyat yoldaşı və 3 tibb işçisi olmaqla 5 nəfər xəsarət alıb.

Yaralılar bölgəyə gələn digər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. /Apa.az/