-
- 18-01-2023, 10:10
- 340
Azərbaycanda küçədə 21 yaşlı qızın başını niyə kəsdilər? – ŞOK FAKTLAR
Ötən il iyulun 27-də Balakən şəhərində yerləşən Bayraq Meydanı deyilən ərazidə 21 yaşlı Emiliya Abdurahmanovanın başını kəsərək qətlə yetirən qeyri-rəsmi münasibətdə olduğu Eltun Layıcova hökm oxunub.
News24.az-ın əldə etdiyi məumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda o, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhkəmədə Balakən rayonu Qazma kənd sakini 1995-ci il təvəllüdlü Eltun Layıcov qeyri-rəsmi nikahda yaşadığı Abdurahmanova Emilya Məzahir qızını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.
O, hadisədən 6 gün əvvəl, yəni iyulun 21-də axşam sahədən gələrkən arvadı E.Abdurahmanova ilə qonşuluqda yaşayan Elvin adlı şəxsin həyətdə söhbət edərkən gördüyünü və bundan sonra Emiliyanı kəndirlə döydüyünü deyib. Həmin gün Emiliya onun evindən anasının evinə gedib və polisə şikayət edib.
Eltun Layıcov ifadəsində deyib: “2017-ci ildə Emiliya ilə ailə quraraq birlikdə Mahamalar kəndində yaşamışıq, birgə nikahdan bir qızımız olub. Emilya ilə ailə həyatı quran zaman onun 16 yaşı olmadığı üçün rəsmi nikahımız yox idi və buna görə Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə şərti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam. 21 iyul 2022-ci il tarixdə evə qayıdan zaman Emilyanın həyətdə qonşumuzı Elvin adlı şəxslə səmimi söhbət etdiyini, hətta Elvinin “kişiliyi yoxdur” sözünü işlətdiyini eşitdim. Emilya və Elvinin danışıqlarını küçədən eşitdiyimə görə həyətə girib onlara “nədir, burda məhəbbət qurursunuz?!” dedim. Bu zaman Elvin həyəti tərk etdi, Emilyadan bu səmimiyyətin səbəbini soruşdum. Emilya Elvinin onunla yox, həmin müddət bizdə olan baldızımla söhbət etdiyini dedi. Onun dediklərinə inanmayaraq əlimdəki atın kəndiri ilə onu vurdum”.
Araşdırma zamanı məlum olub ki, bu hadisədən sonra Emiliya Abdurahmanova DİN-in 102 xidmətinə müraciət edib və anasının evinə gedib. Eltun bundan sonra kənddə arvadı barədə xoşagəlməz sözlər eşitdiyini bildirib: “Bundan sonra kənddə gəzən söz-söhbətləri - mənim çobanlıq etmək üçün çölə getdiyim zamanlarda günortalar Emilyanın Elvinin evinə gedərək orada yatdığını eşidib daha da qəzəbləndim. Emilyanın mənə xəyanət etdiyini başa düşüb onu öldürmək qərarına gəldim. İyulun 27-də saat 8 radələrində evdən çıxıb Balakən şəhərinə getdim.
“Bayraq dairəsi” adlanan əraziyə getməzdən qabaq toyuq bazarının içərisində kafelərin birində pivə içdim.
Emilyanın ailəsinin alış-verişi həmin bazardan etdiklərini bildiyim üçün ora gedən yolda - “Bayraq dairəisi”ndə gözlədim.
Saat 12:30 radələrində Emilyanın həmin əraziyə gəldiyini görüb yaxınlaşdım. Mağazalardan birinin qarşısındakı səkidə söhbət etməyə başladım”.
Bu zaman Eltun üzərində gətirdiyi bıçaqla qəfil Emiliyaya hücum edib və bıçağı 21 yaşlı qızın boğazına çəkərək damarlarını kəsib. Çoxlu qan itirən E.Abdurahmanova xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Məhkəmədə çıxış edən mərhumun ailəsi Eltunun mütəmadi olaraq arvadını döydüyünü bildirib. Onlar, 2017-ci ildə Emiliyanın öz istəyi ilə Eltuna qoşularaq qaçdığını və ailə qurduğunu, lakin sonradan münasibətlərinin pozulduğunu bildiriblər.
Eltun Layıcovun qonşusu Elvin isə Emiliya ilə arasında hər hansı münasibətin olmadığını, həmin dava düşən gün arvadı ilə onlarda olduğunu və Emiliyanın bacısının telefonuna mahnı yüklədiyini bildirib. O, Eltun Layıcovun bildirdiyi digər fikirləri təkzib edib.
Taleh BAĞIROV