Alimlər qarışqalara görə narahatdır
    • 18-01-2023, 09:05
    • 285

Alimlər qarışqalara görə narahatdır

Amerikalı alimlər müəyyən ediblər ki, qarışqalar havanın temperaturunun artması səbəbindən davranışlarını dəyişmir və alternativlərin olmasına baxmayaq, narahat yaşayış mühitində qalırlar.

News24.az xəbər verir ki, alimləri qarışqalar ektotermik heyvanlar olduğunu bildiriblər. Bu həşəratların bədən temperaturu tənzimlənmir və ətraf mühitdən asılıdır. Buna görə də qarışqaların uyğun bir iqlimdə yaşaması həyati əhəmiyyət kəsb edir. İndiyə qədər onların təbii dəyişikliklərə görə miqrasiyaya nə dərəcədə meylli olduqları da məlum deyil.

Şimali Karolina Dövlət Universitetinin tədqiqatçıları qarışqaların beş növünü tədqiq ediblər. Məlum olub ki, laboratoriyada onlar temperatur dəyişikliyinə reaksiya veriblər. Lakin təbiətdə iqlimdən asılı olmayaraq davranışlarında heç bir dəyişiklik qeydə alınmayıb. 

Araşdırma müəllifləri qarışqaların qlobal istiləşmə nəticəsində yaranan iqlim dəyişikliyinə uyğunlaşa bilməməsindən, həddindən artıq istiləşmədən məhv olana qədər əlverişsiz yerlərdə qalmalarından narahat olduqlarını bildirirlər. //JAE

Teymur MƏMMƏDOV