Tanınmış prokuror vəfat etdi – FOTO
    • 18-01-2023, 10:34
    • 547

Tanınmış prokuror vəfat etdi – FOTO

Tanınmış prokuror, uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Bəhram Feyzullayev vəfat edib.

News24.az xəbər verir ki, 72 yaşlı sabiq prokuror dünən xəstəlik səbəbindən dünyasını dəyişib. 

Bəhram Feyzullayev 1973-cü ildən Dəvəçi, Quba və Ağdaş rayon prokurorluqlarının müstəntiq və baş müstəntiq, Gəncə Nəqliyyat Prokurorunun baş köməkçisi, Gəncə Şəhər Prokurorluğunun baş müstəntiqi, prokurorun köməkçisi və prokurorun müavini, Səbail rayon prokurorunun köməkçisi, Respublika Baş Prokurorluğunun istintaqa nəzarət idarəsinin böyük prokuroru, Baş Prokurorluğun Təşkilat və Nəzarət İdarəsinin prokuroru, sonra isə Yevlax və Şirvan prokurorunun müavini vəzifələrində işləyib. O, 2010-cu ildə təqaüdə çıxıb. 

B.Feyzullayevin oğlu Elgün Feyzullayev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini vəzifəsində çalışır.

Taleh BAĞIROV