"Qız oxuyub qırmızı diplom alır, amma bu, ona heç nə vermir" - DEPUTATDAN SƏRT SÖZLƏR
    • 18-01-2023, 12:05
    • 194

"Qız oxuyub qırmızı diplom alır, amma bu, ona heç nə vermir" - DEPUTATDAN SƏRT SÖZLƏR

“Biz parlamentin Elm və təhsil komitəsi ilə birgə dinləmə keçirməliyik”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

Deputat bildirib ki, təhsil problemləri birlikdə müzakirə edilməlidir: “Bağçalarda, orta məktəblərdə çoxlu problemlər var. Məsələn, bir qız oxuyub qırmızı diplom alır, amma bu, ona heç nə vermir. Elm və Təhsil Nazirliyinə hansısa problemi deyirsən, deyir bizlik deyil. Məktəb direktorlarını rüşvət üstündə tuturlar. Bəs onlar təhsili haçan verəcəklər?”.