Hindistan Azərbaycana yeni səfir təyin etdi - FOTO
    • 18-01-2023, 15:49
    • 257

Hindistan Azərbaycana yeni səfir təyin etdi - FOTO

Hindistan Azərbaycana yeni səfir təyin edib.

News24.az xəbər verir ki, Sridharan Madhusudhanan Hindistanın Azərbaycana səfiri təyin edilib.

O, hazırda Hindistan Xarici İşlər Nazirliyində katib vəzifəsində çalışır.

Sridharan Madhusudhanan Hindistanın ABŞ, Çin və Tayvandakı səfirliklərində müxtəlif postlarda çalışıb./apa