“Prezident kimi mənim üçün ən vacibi xalqın...”
    • 23-01-2019, 11:02
    • 627

“Prezident kimi mənim üçün ən vacibi xalqın...”

"Xarici siyasətin və mühitin bizə təsir göstərməsi baxımından düşünürəm ki, bu gün malik olduğumuz yetərlidir".

Bu sözləri  prezident İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

O, Azərbaycan üçün beynəlxalq mühiti də dəyərləndirib:

"Siz hər zaman daha yaxşı hal üzərində fikirləşə bilərsiniz. Hər zaman, hesab edə bilərsiniz ki, beynəlxalq vəziyyət sizin üçün daha üstün ola bilər, lakin buna nail olmaq üçün siz, həmçinin ürəkdən çalışmalısınız. Əgər siz oturub gözləsəniz, bu, heç zaman baş verməyəcək. Hazırda fikirləşirəm ki, ətrafımızda formalaşan beynəlxalq vəziyyət pisləşməsin. Bu, məni narahat edir. Əgər o, yaxşılaşarsa və biz onu daha da yaxşılaşdırsaq, töhfə versək, lap yaxşı. Lakin əgər bu, baş verməsə, onda bu gün olduğumuz vəziyyətdə qalsaq yaxşıdır, çünki Azərbaycan üçün bu günün beynəlxalq mühiti, fikrimcə, ən münasibdir və ən yaxşısıdır. O, bizə daxili məsələlərə, hələ də mövcud olan daxili problemlərə, onların dinc şəkildə həllinə diqqəti yönəltməyə imkan verir. Sizin müxtəlif ölkələrlə çətinlikləriniz, anlaşılmazlıq, toqquşmalar, qarşıdurmalar olanda, bu, sizin diqqətinizi başqa istiqamətə çəkir və sizə daxili məsələlərinizlə daha çox məşğul olmağa imkan vermir. Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir. Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır. Bu günə qədər siyasətimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini gələcəyin özü göstərəcək".

//Qafqazinfo.az