Bu şəxslər 1500 manat məbləğdə cərimə olunacaqlar
    • 19-01-2023, 10:22
    • 347

Bu şəxslər 1500 manat məbləğdə cərimə olunacaqlar

Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar 1500 manat cərimələnəcək.

News24.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin "Media Haqqında" qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.