Bakıda köşkdən lotereya oğurlandı
    • 19-01-2023, 10:48
    • 145

Bakıda köşkdən lotereya oğurlandı

Bakıda köşkdən lotereya oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də Səbail rayonunun Ş.Allahverdiyev küçəsində yerləşən köşklərin birindən 300 manat pul, tütün məmulatı və 1700 manat dəyərində lotereyanın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vaqif Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.