SON DƏQİQƏ! Vasif Talıbovun halı pisləşdi - Bakıdan xüsusi həkim göndərildi
    • 19-01-2023, 14:44
    • 246

SON DƏQİQƏ! Vasif Talıbovun halı pisləşdi - Bakıdan xüsusi həkim göndərildi

Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.

News24.az  xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.

Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gedib.

Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.


Başqa bir məlumatda isə Talıbovun hər iki övladının - Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir.