-
- 23-01-2019, 12:20
- 2 612
Azərbaycanlı yazıçının "Sevgi dərsi" və "Vicdanla sövdələşmə"si... - FOTO - VİDEO
Ötən gün "Azərkitab"da yazıçı-rəssam Ləla Umudun "Sevgi dərsi" (azərbaycan dilində) və "Сделка с совестью" ("Vicdanla sövdələşmə" rus dilində) kitablarının təqdimat mərasimi keçirildi.
105 FM radiosunun aparıcısı Zaur Qüsrətlinin təqdimatı ilə baş tutan mərasimdə Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki "Luc" Ədəbiyyat Assosasiyasının katibi, professor Tofiq Məlikli, əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı, şair Sahib Məmmədov, "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov, əməkdar artist, bəstəkar Gövhər Həsənzadə kimi ictimai simalar iştirak edirdilər. Hər biri çıxış üçün söz alaraq L. Umudun yaradıcılığı barədə ürək sözlərini ifadə edib, uğurlar dilədilər. Məlumat üçün bildirək ki, hər iki kitab müəllifin rəsmləri ilə illüstrasiya olunub.
News24.Az-a danışan L. Umud təqdim olunan kitabları haqda məlumat verərək, onların hər bir kütlədən olan oxucular üçün nəzərdə tutulduğunu qeyd etdi. Bildirdi ki, "Vicdanla sövdələşmə" kitabı atasının xatirəsinə həsr edilib.
Lalə Umud Bağırova Bakıda ziyalı ailəsində doğulub. BDU-nin filalogiya fakültəsinin tərcüməçilik ixtisasını bitirib. Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki "Luc" Ədəbiyyat Assosasiyasının məsul katibi vəzifəsində çalışır. 2016-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Azər NƏSİBOV