Ermənistan ordusunun 2-ci korpusuna yeni komandir təyin olundu
    • 19-01-2023, 17:18
    • 223

Ermənistan ordusunun 2-ci korpusuna yeni komandir təyin olundu

Ermənistan Silahlı Qüvvələrinin 2-ci korpusuna yeni komandir təyin olunub.

News24.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yeni korpus komandiri olaraq Qareqin Poqosyanı təyin edib.

Qeyd edək ki, korpusun sabiq komandiri Vaqram Qriqoryan korpusa tabe olan hərbi hissələrdən birində bu gün baş vermiş yanğında xeyli sayda hərbçinin ölməsi səbəbilə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ermənistanda hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 7 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Basarkeçər rayonunun tibb mərkəzinə yerləşdirilib./apa