Ermənistan ordusunun əsgəri yandı
    • 25-07-2022, 21:26
    • 413

Ermənistan ordusunun əsgəri yandı

Ermənistan ordusunun əsgəri yanıb.

News24.az erməni mediasına istinadən xəbər verir ki, hərbi hissələrdən birində baş vermiş hadisə ilə bağlı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müqaviləli əsgər vaqon-evdə baş vermiş yanğını söndürmək istəyərkən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti son dərəcə ağırdır.