Sərnişinlərlə dalaşan SÜRÜCÜ KÜSÜB GETDİ-VİDEO
    • 19-01-2023, 17:44
    • 633

Sərnişinlərlə dalaşan SÜRÜCÜ KÜSÜB GETDİ-VİDEO

Türkiyənin Antalya şəhərində sərnişinlərlə mübahisə edən sürücü avtobusu tərk edib.

News24.az xəbər verir ki, sürücü sərnişinlərə arxa qapıdan düşmək lazım olduğunu deyib. Bununla razılaşmayan sərnişinlər sürücü ilə mübahisə etməyə başlayıblar. Buna əsəbiləşən sürücü avtobusu tərk edib. 

Açıqlama verən sürücü uzun illərdir bu işlə məşğul olduğunu deyib: "20 ildir ki, bu işlə məşğulam. Dünən gecə saat 01.30-da işim bitdi və səhər saat 07.00-da ekspedisiyaya yola düşdüm. İnsanlara xidmət edirəm, əvəzində təhqir olunuram".

Qumral Əliyeva