-
- 30-06-2022, 18:55
- 611
Daha bir sürücü-sərnişin DAVASI: Bir-birlərini QARĞIŞ ATƏŞİNƏ tutdular - VİDEO
Bu gün saat 11 radələrində Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidən Koroğlu istiqamətində hərəkət edən 131 nömrəli avtobusda sərnişinlər və sürücü arasında münaqişə yaşanıb.
News24.az Şərq.az-a istinadən xəbər verir ki, səbəb isə sərnişinlərin ödənişi kart ilə yox nağd etməsi olub.
Kirov ərazisdə avtobusa daxil olan sərnişinlər ərazidə terminal olmadığı üçün ödənişi nağd etmək istəyiblər. Sürücü isə onlara "Buranı Sədərək bazarı ilə səhv salmayın "- , deyərək kobud cavab verib. Sərnişinlər sürücüyə ərazidə terminal olmadığından "BakıKart" balansını artırmaq üçün həmin dayanacaqdan iki dayanacaq irəli getməyin lazım olduğunu bildiriblər: " Günün istisində bizim o qədər məsafəni necə gedək axı?".
Sürücü bildirib ki, bu onun problemi deyil. Yolboyu mübahisə daha da gərginləşib. Sürücünün kobud danışıq üslubuna dözə bilməyən sərnişinlərin böyük bir qismi məcburiyyətdən ünvana çatmadan digər dayanacaqlarda avtobusu tərk ediblər. Hiddətlənən sürücü daha öncəki günlərdə avtobusu saxladığı dayanacaqdan kənar yerlərdə saxlamayıb. Bununla da münaqişə yenidən alovlanıb.Qadın sərnişinlərdən biri ilə sürücü bir-birini qarğış atəşinə tutub. Nəticədə qadın avtobusu tərk edib.
Qeyd edək ki, 2021.10.15 tarixindən Maştağa qəsəbəsi - Koroğlu NMM üzrə hərəkət edən 131 nömrəli avtobus kart sisteminə keçib. Lakin hələ də ərazi üzrə dayanacaqların əksəriyyətində "BakıKart" terminalı quraşdırılmayıb.Bu səbəbdən "BakıKart" balansını artırmaq üçün sərnişinlər uzun məsafəni piyada qət edib terminal olan dayanacağa getməli olurlar. Daha öncəki günlərdə də məsələ bağlı sərnişinlər və sürücü arasında bir sıra problemlər yaşanıb. Ümid edirik ki, BNA tezliklə sürücülərlə sərnişinlərin qarşı-qarşıya qalmaması üçün müvafiq tədbirlər görəcək.