Fərda bu dəfə taksi sürücüsü oldu - FOTOLAR - VİDEO
    • 23-01-2019, 13:00
    • 1 214

Fərda bu dəfə taksi sürücüsü oldu - FOTOLAR - VİDEO

Ötən gün “CinemaPlus” kinoteatrında “Taxi liza” filminin təqdimat mərasimi keçirilib. 

News24.az xəbər verir ki, baş rollarını Fərda Amin, Zemfira Əbdülsəmədova, Xəyalə Quliyeva, Cəfər Namiq Kamal, Faiq Mirzəyev və başqalarının canlandırdığı ekran işinin quruluşçu rejissoru Rövşən Ağayevdir. 

“Taxi Liza”da Dursun obrazını canlandıran aktyor Fərda Xudaverdiyev ekran işi haqda bunları deyib:

“İlk dəfə olaraq fərqli imicdəyəm. Amerikan polisi olmaq istəyən azərbaycanlı taksi sürücüsü obrazındayam. Filmdə mənə məxsus zarafatlar çoxdur. Film sektorunda indi-indi cığırı açırıq. İnanmıram ki, 10 ildən sonra hər hansı bir çatışmazlığımız olsun. Əsas odur ki, filmə gülmək məqsədi ilə baxaq”.

Teymur MƏMMƏDOV

FOTO/VİDEO: Səməd AĞAYEV