Xatirə həyat yoldaşı ilə küsülü olduqlarını ETİRAF ETDİ
    • 21-01-2023, 10:53
    • 610

Xatirə həyat yoldaşı ilə küsülü olduqlarını ETİRAF ETDİ

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddinlə küsülü olduqlarını etiraf edib. 

News24.az xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, aralarındakı mübahisəyə görə həyat yoldaşı onunla verilişə də gəlməyib:

"İki-üç gün əsəbi olur, sonra sakitləşir. 12 ildir bir yerdəyik, xasiyyətini bilirəm. Yeni maşın almışam, sənədində problem yarandı, ona görə aramızda mübahisə düşdü. Hər ailədə olur. Bir dəfə də dalaşmışdıq, danışmırdıq. Onda da bıçağı yumamış şkafa qoymudum. Elə adamdır, onun üstündə dava edir". 

Aparıcılar Zaur və Günay Baxşəliyeva Fəxrəddinə zəng etmək istəyib, Xatirə isə icazə verməyib.//axşam.az