Xatirə həyat yoldaşı ilə öpüşdü, tənqid olundu -
    • 12-06-2019, 10:05
    • 8 299

Xatirə həyat yoldaşı ilə öpüşdü, tənqid olundu - "Qardaşına hörmət edərdi" - VİDEO

Müğənni Xatirə İslam sosial şəbəkədə paylaşdığı videoya görə tənqid olunub. 

News24.az xəbər verir ki, qardaşının nişanlısının xına məclisində həyat yoldaşı ilə rəqs edən X.İslam, onunla öpüşüb. Sözügedən kadrlar isə ifaçının izləyiciləri tərəfindən tənqidlə qarşılanıb. Xatirə İslama "Evdə öpsəydin yaxşı olardı", "Əməliyyatdan sonra qəribə olmusunuz. Yazıq kişi tər tökdü utandığından", "Ərini evdə öpə bilər. Gərək millətin qarşısında edə? Ən azından qardaşına hörmət edərdi" kimi şərhlər yazılıb.