Tövlədə tapılan rəsm nadir sənət əsəri çıxdı - Hərracda bu qiymətə satılacaq
    • 23-01-2023, 10:12
    • 175

Tövlədə tapılan rəsm nadir sənət əsəri çıxdı - Hərracda bu qiymətə satılacaq

Nyu-Yorkda toyuq tövləsində üzəri peyinlə örtülmüş rəsmin nadir sənət əsəri olduğu ortaya çıxıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən əsərin və gələn həftə hərraca 3 milyon dollara satılacağı gözlənilir.

Hərrac evindən verilən məlumata görə, stulda çılpaq oturan saqqallı qoca kişinin təsvir olunduğu tablonun 17-ci əsrin məşhur Flamand rəssamı Entoni van Dykinə aid olduğu müəyyən edilib.

Teymur MƏMMƏDOV