Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
    • 23-01-2023, 16:53
    • 214

Şagirdlərin qış tətilinin vaxtı açıqlandı

Məktəblilərin qış tətili günləri açıqlanıb. 
 
News24.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.
 
Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir. 
 
Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.