Zaur Baxşəliyev: “Tünzalə son dəfə xəstəxanadan yazdı və istəyirdi ki...”
    • 23-01-2023, 17:43
    • 1 001

Zaur Baxşəliyev: “Tünzalə son dəfə xəstəxanadan yazdı və istəyirdi ki...”

“Tünzalənin özü üçün yaşamağa vaxtı qalmadı”.

News24.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında mərhum aktrisa Tünzalə Əliyevanın dəfn mərasimində teleaparıcı Zaur Baxşəliyev deyib.

“Sonuncu dəfə xəstəxanadan yazmışdı. O da özünə görə deyildi. Bir gənc müğənnini efirə çıxarmaq istəyirdi. Bu həyatda heç nəyi özünə görə etmədi. Onu ayaqda saxlamağa çalışdıq. Lakin görünür, yazılana pozu yoxdur”, teleaparıcı bildirib.
Z.Baxşəliyev qeyd edib ki, Tünzalə qızına görə yaşamaq istəyirdi:

“Həmişə deyirdi ki, Zəhraya görə yaşamaq istəyir. Tünzalə özü üçün yaşamadı. Doğmaları üçün yaşadı”.