Hava limanının işçiləri tətil edir - BÜTÜN UÇUŞLAR TƏXİRƏ SALINDI
    • 25-01-2023, 14:27
    • 195

Hava limanının işçiləri tətil edir - BÜTÜN UÇUŞLAR TƏXİRƏ SALINDI

Almaniyanın "Verdi" həmkarlar ittifaqının tətil etməsi ilə əlaqədar Berlin hava limanında yanvarın 25-nə planlaşdırılan bütün reyslər təxirə salınıb.

News24.az xəbər verir ki, bu barədə hava limanının saytında bildirilib.

Bildirilir ki, ləğv edilən reyslərin sayı 300-ə yaxındır. Bu qərar 35 mindən çox sərnişinə təsir edəcək.

Bundan başqa, bildirilir ki, həmkarlar ittifaqı yerüstü nəqliyyat xidmətləri və uçuş təhlükəsizliyi xidmətlərinin əməkdaşlarını tətilə qoşulmağa çağırıb.

Alman həmkarlar ittifaqı "Verdi"nin müqaviləsi bir illik olan işçilərin əmək haqqının 500 avro artırılmasını tələb etdiyi bildirilir.

İşəgötürən cari əmək haqqını saxlamaqla daha uzunmüddətli müqavilə də təklif edə bilər. /Bloomberg/

Teymur MƏMMƏDOV