-
- 1-10-2022, 19:44
- 337
Britaniyada 50 mindən çox işçi tətiliə başlayıb
Böyük Britaniyada 50 mindən çox işçinin iştirak etdiyi dəmiryolu tətili başlayıb.
News24.az xəbər verir ki, tətil nəqliyyatı iflic edib. Bugünkü tətil bu ilin ən böyük tətili kimi qeydə alınıb. 4 həmkarlar ittifaqının üzvləri maaş və iş şəraiti ilə bağlı uzun müddət davam edən mübahisə fonunda tətil keçirməyə qərar verib. Bu tətilə görə qatar xidmətlərinin yalnız 11 faizi işləyir və Böyük Britaniyanın əhəmiyyətli bir hissəsinə xidmət göstərilmir.
Digər tərəfdən işçilər oktyabrın 5 və 8-də yeni dəmir yolu tətilləri keçirməyi planlayır.
Qeyd edək ki, bu ilin iyun ayında Britaniyanın dəmiryolu işçiləri son 30 ilin ən böyük tətilini etmişdilər. Tətilə 40 min nəfərdən çox işçi qatılmışdı.