Əxlaqsızlığa cəlb edilən qadından ŞOK etiraflar – “Otaqda məni 4 nəfər gözləyirdi”
    • 26-01-2023, 12:56
    • 969

Əxlaqsızlığa cəlb edilən qadından ŞOK etiraflar – “Otaqda məni 4 nəfər gözləyirdi”

Bakıda, Gəncədə və Abşeron rayonunda qadınları fahişəliyə cəlb edən və onları müxtəlif şəxslərlə görüşdürən Göygöl rayon sakini, 1993-cü il təvəllüdlü Nuranə Əliyevaya hökm oxunub.

News24.az
-ın əldə etdiyi məlumata görə, Abşeron rayon Məhkəməsində Nuranə Əliyeva barəsində Cinayət Məcəlləsinin 171 və 243.1-ci (Yetkinlik yaşına çatmayan şəxsi cinayət əməli törətməyə cəlb etmə və fahişəliyə cəlb etmə) maddələri üzrə açılmış cinayət işinə baxılıb. Məhkəmənin 17 yanvar 2023-cü il tarixli hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. lakin N.Əliyevanın himayəsində 1 yaşlı körpəsi olduğundan onun cəzası övladı 14 yaşına çatanadək təxirə salınıb.

Araşdırmalar zamanı məlum olub ki, Nuranı 2020-2022-ci illərdə Bakıda müxtəlif məclislərdə və yerlərdə tanış olduğu Xanım, Həqiqət, Gövhər və N.Ə adlı 4 qadını fahişəliyə cəlb edib. Onlardan Xanım adlı qız yetkinlik yaşına çatmayıbmış. Təqsirləndirilən şəxs həmin qadınları kişi müştərilərə təqdim edərək 100-300 manat müqabilində görüşlərini təşkil edib və puldan özünə faiz götürüb. Onun 3 qızı özü ilə Gəncəyə aparıb orada ev tutaraq saxlaması, müxtəlif şəxslərlə pul qarşılığında görüşmələrini təşkil etməsi də üzə çıxıb.

İstintaq zamanı qızlardan 3-ü zərərçəkmiş şəxs kimi tanınıb. İfadə verən qızlardan Gövhar adlı şəxs Nuranə ilə hoteldə dalaşdığını deyib: “Nuranəni 2021-ci ilin sentyabr ayının əvvəllərindən tanımışam, onunla Bakıda məclislərin birində tanış olmuşdum. 2021-ci ilin dekabr ayının əvvəllərində onunla vatsapla yazıb vəziyyətimlə maraqlandı. Evdə oturduğumu, hazırda heç yerdə işləmədiyimi bildirdim. O da bir nəfər kişi tanışının olduğunu, əgər onunla görüşərsəm, 300 manat pul veriləcəyini, həmin pulun 250 manatının mənə, qalan 50 manatı isə özünə götürəcəyini bildirdi. Maddi durumumla əlaqədar onun təklifi ilə razılaşdım. Bundan sonra da Nuranə mənə belə təkliflər etdi, Bakı şəhərində hazırda xatırlamadığım hotellərin birinə dəvət etdi. Həmin hoteldə Nuranənin dediyi otağa yaxınlaşdıqda orada dörd nəfər kişinin məni gözləməsini gördüm. Nuranə özü də orada idi. Dediyi şəxslə görüşmək üçün otağa keçdim. Amma onunla razılığa gələn kişi ilə aramızda mübahisə düşdü. Daha sonra Nuranə də mənimlə dava etdi. Orada olan kişilərdən biri mənə 200 manat pul verdi və getməyimi bildirdi. Mən getdikdə Nuranə arxamca gəlib həmin pulun 100 manatını ona verməli olduğumu dedi, lakin ona pul vermədim və oranı tərk etdim. Bundan sonra Nuranənin nömrəsini blokladım və əlaqə saxlamadım”.

Məhkəmədə zərərçəkən şəxs kimi tanınan qızlar Nuranədən şikayətçi olmadıqlarını deyiblər.

Taleh BAĞIROV