-
- 11-11-2019, 12:45
- 7 112
Bakıda azyaşlı qızları fahişə kimi satıblar - Ritanın ŞOK ƏMƏLLƏRİ
Bakıda azyaşlı qızları fahişəliyə cəlb edən qadın barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Nərimanov rayon Polis İdarəsində Babarəhimova Rita Allahverdi qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171.1-ci, yəni, yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə maddəsi ilə iş açılıb. Əvvəllər də cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş Ritanın 5 azyaşlı qızı fahişəliyə cəlb etdiyi və onları müxtəlif şəxslərlə görüşdürərək cinsi əlaqəyə girmələrini təmin etdiyi üzə çıxıb. İş üzrə 5 qız zərərçəkən şəxs qismində tanınıb.
Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib. Hazırlıq iclası 21 noyabr tarixinə təyin edilib.
Törətdiyi əməllər sübuta yetirilərsə azyaşlı qızları satan Ritanı 6 ilədək həbs cəzası gözləyir.