-
- 25-01-2023, 16:09
- 336
"Uşaqların ildə 8-9 dəfə xəstələnməsi normal haldır" - Mütəxəssis RƏYİ
“Valideynlər düşünür ki, əgər bir uşaq tez-tez xəstələnirsə, onun immuniteti zəifdir. Ancaq bu yanaşma düzgün deyil. İmmun sistemi uşaqlıq dövründən formalaşmağa başlayır və 6-7 yaşa qədər formalaşmağa davam edir. Ona görə də 6 yaşdan kiçik uşaqlar daha sıxlıqla xəstələnə bilərlər."
News24.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, bu uşaqlar ildə 8-9 dəfə də xəstələnsə, bu, normal haldır. Bu, immun sisteminin zəif olması demək deyil.
O əlavə edib ki, immun sistemini qüvvətləndirmək üçün proflaktik tədbir kimi sağlam qidalanmaq, sağlam həyat tərzi, yuxu rejiminin normal olması, otağı tez-tez havalandırmaq kimi vərdişlərdən istifadə edə bilərik.
Qumral ƏLİYEVA