Nadir getdi, Emil gəldi - Bəzi müğənnilərin üzü güləcək
    • 24-01-2019, 11:05
    • 2 637

Nadir getdi, Emil gəldi - Bəzi müğənnilərin üzü güləcək

Xəbər verdiyimiz kimi, AzTv-nin nəzdində fəaliyyət göstərən Mədəniyyət kanalının müdir müavini Nadir Axundov vəzifəsindən uzaqlaşdırılıb. 

Təyin olunduğu gündən kadr dəyişkliyi aparan sədr vəzifəsinin icraçısı Rövşən Məmmədov N. Axundovun yerinə aparıcı Emil Şahzadəni təyin edib.

Qeyd edək ki, uzun illərdir aparıcılıq edən Emil Şahzadə fəaliyyətinə Space telekanalından başlayıb. Hətta bir zamanlar müğənni olmaq istəsə də, sonradan səsinin olmadığını anlayaraq, bu fikrindən daşınmış, aparıcılıq fəaliyyətinə davam etmişdi. 

Nadir Axundova gəldikdə isə o da uzun müddət Space kanalında çalışmış, sonradan AzTV-də uzun müddət Musiqi Departamentinin rəhbəri kimi fəaliyyətini davam etdirmişdi. Fəaliyyəti dövründə AzTV-nin qapıları bir çox müğənninin üzünə bağlanmışdı. 

Azər NƏSİBOV