Qiyamətə 90 saniyə qaldı
    • 26-01-2023, 09:18
    • 199

Qiyamətə 90 saniyə qaldı

Dünyanın qiyamət gününə nə qədər yaxın olduğunu göstərən "Qiyamət Saatı" 25-ci dəfə yenilənib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu simvolik saata görə, bəşəriyyətin özünü məhv etməsinə, yəni gecə yarısına cəmi 90 saniyə qalıb.

İlk qurulduğu 1947-ci ildə sözügedən saat gecə yarısına 7 dəqiqə qaldığını göstərirdi.

"Atom Alimləri Bülleteni" qeyri-kommersiya elmi təşkilatının Elm və Təhlükəsizlik Şurasının yenilədiyi vaxtla bəşəriyyətin apokalipsisə həmişəkindən daha yaxın olduğu göstərilib.

İdarə Heyətinin verdiyi açıqlamada Ukraynadakı müharibənin ötən illə müqayisədə saatın əqrəbində 10 saniyə irəliləməsində böyük rol oynadığı bildirilib. 

Teymur MƏMMƏDOV