Bu mərkəzlərdə vətəndaşlara xidmətlərin göstərilməsi üzrə orta müddət 8,5 dəqiqəyə endi
    • 17-02-2022, 17:24
    • 419

Bu mərkəzlərdə vətəndaşlara xidmətlərin göstərilməsi üzrə orta müddət 8,5 dəqiqəyə endi

DOST mərkəzlərində vətəndaşlara xidmətlərin çevikliyinin təmin edilməsi də bu xidmətlərdən vətəndaş məmnunluğuna nail olunması üçün aparılan işlərin əsas hədəflərindən biridir.

News24.az-ın məlumatına görə, son bir ildə bu istiqamətdə növbəti irəliləyiş qeydə alınıb: DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə  9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib.

Eyni zamanda, DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti 2019-cu il üçün 6 dəqiqə 35 saniyə, 2020-ci ildə 4 dəqiqə 24 saniyə olub. Ötən il bu göstərici təqribən iki dəfəyə yaxın azalaraq 2 dəqiqə 57 saniyəyə enib.

2019-cu ilin may ayından 5 DOST mərkəzi açılıb. Sosial sahələrə aid 156 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunduğu bu mərkəzlərdə ötən dövrdə 700 mindən çox vətəndaşa xidmət göstərilib.