Prezident Əli Əhmədovu “Şərəf” ordeni ilə təltif etdi
    • 26-01-2023, 13:57
    • 254

Prezident Əli Əhmədovu “Şərəf” ordeni ilə təltif etdi

Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif olunub.